İlham Əliyevin Türkiyə səfərinin proqramı AÇIQLANDIbackend

İlham Əliyevin Türkiyə səfərinin proqramı AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yerli vaxtla 10.30-da Azərbaycan prezidentinin rəsmi qarşılanma mərasimi olacaq. Daha sonra 10.45-də prezidentlərin təkbətək görüş keçirəcək.

Bunun ardınca Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası başlayacaq. Bu toplantıdan sonra tərəflər arasında sənədlərin imzalanma mərasimi və dövlət başçılarının birgə mətbuat konfransı keçiriləcək. Tədbirlərin hamısı Türkiyə Prezidentliyi Kompleksində olacaq.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan bu il martın 15-də Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasında iştirak etmək üçün Azərbaycana gəlməli idi. Ancaq martın 13-də Türkiyənin paytaxtı Ankarada törədilən terrora görə, o səfərini təxirə salıb.

Terror aktı nəticəsində 37 nəfər ölüb, 125 nəfər isə yaralanıb. (modern.az)

İnterpress.az