Qarabağ qazisindən şikayət: “İcra məmuru icra sənədini gizlədib”backend

Qarabağ qazisindən şikayət: “İcra məmuru icra sənədini gizlədib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vay o günə ki, borclu dövlət qurumu olsun. Onda tələbkarın borclu edilməsindən (??) tutmuş icra sənədinin gizlədilməsinə qədər dələduzluqlar at oynadıb icraçılıq edir…

“Əlillərin sosial müdafiəsi haqqında” 25.08.1992-ci il tarixli qanunun 30,31 və s. maddələri əsasında Xətai məhkəməsi 26.05.2009 tarixli qətnamə ilə Qarabağ əlilinə sahibkarlıqla məşğul olmağa B.Nuriyev-10a ünvanında otaqlar ayrılmasına əmlakın Nizami rayonunda olmasına görə Nizami MKTB-ni cəlb etməklə ƏMDK-nı borclu çıxarıb.

ƏN-in Nizami icra şöbəsi icraya …15 aydan sonra tələbkara bildirmədən geri qaytarmaqla “başlayıb”.İcra məmuru Mehdi Zeynalov tələbkarı borclu çıxarıb ki,hərəkətsizlik edərək,15 aydır icra yerinə gəlməkdən imtina edir(??). Tələbkar əlil 7 ildir hərəkətsizliyinin nədən ibarət olmasını anlaya bilmir.

Bəyəm,əlil daşınmaz əmlakı icra yerində belinə şəlləməlidi? Tələbkarın borcluları və icra şöbələrini məhkəmə qərarının icrasına məcbur etmə barədə iddiasını Xətai məhkəməsi (hakim Habil Məmmədov) təmin etməyib ki,”məhkəmə qərarları dövlətin adından çıxarılır və borcluların bir-birinə məktublrına görə(??) B.Nuriyev-10a-dakı məhkəmənin qanuni qətnaməsilə əlilə verilməli olan otaqlar həmin ünvandakı Kapitalbankın mülkiyyətidir”. Bank 14.03.2011 tarixli 297 saylı arayışla bunu yalanladığından Bakı AM (sədrlik edən Tofiq Səmədov) bu absurdu qüvvədə saxlayıb ki,həmin otaqlar yenə də borcluların bir-birinə məktubuna görə(??) Aydın Bəxtiyar oğlu Hüseynovun mülkiyyətindədir. Ali Məhkəmə (sədrlik edən Qəhraman Allahverdiyev) hər iki instansiyanın qərarını qanuni sayıb ki,əmlak həm bankın,həm də Aydın Hüseynovun mülkiyyətidir(??). Əlavə kassasiya şikayətini icraata götürməyə isə sədr Ramiz Rzayev və Konstitusiya Məhkəməsi “əsaslar tapmayıb”.

Baxın, MƏHKƏMƏ HAKİMİYYƏTİ QƏT EDİB Kİ, DÖVLƏTİN ADINDAN ÇIXARILAN MƏHKƏMƏ QƏRARI İCRA OLUNMASIN!(??)

“Hərəkətsiz” tələbkar da “hərəkətə keçib” Avropa İnsan HüquqlarıMəhkəməsinə (5 ildir icraata götürülüb),yerli məhkəmələrə 20-dən yuxarı iddia,ərizə,şikayət verib.Xətai məhkəməsində icraya mane olduqlarına görə Nizami RİH, ƏMDK və b. qarşı cinayət işi qaldırılması üçün prokurora xəbər verilməsi və icranın konkret ünvana-B.Nuriyev-10A-ya yönəldilməsi tələbilə ərizə verən tələbkarın iddiası prokurora aid hissədə təmin olunmayaraq B.Nuriyev-10A-dakı otaqların istifadəsinə verilməsi hissəsində təmin olunub.21.06.2011 tarixli bu qətnamə və onun əsasında verilən icra vərəqini Nizami icra şöbəsinin sədri vəzifəsini o çağ icra edən icra məmuru Mehdi Zeynalov alan kimi qərar qəbul etmədən,tələbkara bildirmədən Xətai məhkəməsinə geri qaytarıb.Bakıda olmadığından xeyrinə çıxarılan aktdan və icra vərəqindən 3 il sonra çoxsaylı “hərəkətsilik” şikayətlərindən sonra 2014-cü ilin yayında soraq tutan əlil tələbkarın bu cinayətkar saxtalıqdan şikayətlərinə isə nə prokurorluq (161 xidməti 10 dəfə qeydə alsa da baxmayıb), nə ƏN, nə də digər bağlantılı qurumlar baxır.

Heç demə,bu “DÖVLƏTİ” HƏRƏKƏTSİZLİK sözügedən əmlakın məhkəmə qərarından 2 il (!!??) sonra başqasının adına sənədləşməsindən yana imiş. “Başqası” isə özgə yox,elə hakimyyət məmurudur.Ona görə də tələbkar borclu,borclu tələbkar edilib,məhkəmə qərarını onu icra etməyə borclu olan İCRA MƏMURLARI GİZLƏDİB. İndi siz deyin,icra şöbələrinin büdcədən maliyyələşməsi düzdürmü?Biz hələ Xətai, Nizami, Sabunçu icra şöbəsinin cinayətkar hərəkətsizliyindən,özlərindən saxta məhkəmə qərarı tərtib edib, Qarabağ əlilinin olmayan əmlakına,özünə həbs seçdirmələrindən danışmırıq. Onsuz da “dəyirman bildiyini edir,çax-çax baş ağrıdır”.

MƏĞRUR BƏDƏLSOY

Qarabağ müharibəsi əlili