PKK lideri: Ərdoğanı devirməyincə terror davam edəcək-VİDEObackend

PKK lideri: Ərdoğanı devirməyincə terror davam edəcək-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, məşhur terrorçu Ərdoğanı devirməyincə terrorun Türkiyənin hər yerində olacağını bildirib:
“İndiyə qədər PKK Türkiyə qarşı ancaq dağlarda döyüşürdü, artıq döyüşçülərimiz şəhərə, qəsəbələrə girib. Bundan sonra döyüşümüz Türkiyənin hər qarışında olacaq”.

Martın 13-də Ankaranın Kızılay meydanında bombalı avtomobili bələdiyyə avtobusuna çırparaq terror törədən PKK üzvü Seher Çağla Demir 37 insanın ölümünə səbəb oldu. Terror zamanı yaralanan 125 nəfər müalicə olunur.
Britanyanın nüfuzlu qəzetinə Ankara terrorundan 4 gün öncə müsahibə verən Bayık 37 insanın faciəsinə səbəb olan terrorun demək olar ki, anonsunu bu müsahibədə verib.

PKK lideri: Ərdoğanı devirməyincə terror davam edəcək-VİDEO

Sonda Türkiyədə “ölüm-dirim” mübarizəsinə başladıqlarını bildirən terroçu “Ərdoğanın bizi məğlub etməsi, Türkiyədə demokratiyanı məğlub edilməsidir” deyib.
O, Surda və Türkiyənin kürdlərin sıx yaşadığı bir-neçə bölgəsində hökumətin küçəyə çıxma yasağına çox sərt münasibət bildirb:
“Kürdlərin ürəyi intiqamla doludur. Türklər küçəyə çıxma qadağalarının tətbiq etdiyi kürd şəhərlərində hər şeyi qarət edib yandırırdılar, insanları gülləyə düzdülər. Bu isə kürdləri çox qəzəbləndirib. Kürd partizanlarını Türkiyə hökumətindən intiqam almağa çağırırıq. Bu, kürdlərin mübarizəsində yeni bir dövrdür.
Oxuculara təqdim etdiyimiz videodakı müsahibəni Cemil Bayık ötən il verib. Müsahibəyə baxanda bu terrorçunun az bir müddətdə fikirini tamamilə dəyişdiyini görürük. Bu isə bir daha PKK terror təşkilatının böyük, imperialist dövlətlər tərəfindən idarə olunduğunu və Türkiyəni parçalamaq, gücdən salmaq məqsədi ilə yaradıldığı bəlli olur.

İnterpress.az