3 və 5 yaşlı qardaşlar yanğında öldü – Hadisə yerindən fotolarbackend

3 və 5 yaşlı qardaşlar yanğında öldü – Hadisə yerindən fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğın kəşfiyyatı zamanı ev sahibinin tüstüdən zəhərlənmiş övladları 2011-ci il təvəllüdlü Zeynalov Nihat Ruslan oğlu və 2013-cü il təvəllüdlü Zeynalov Sadiq Ruslan oğlu yanğınsöndürənlər tərəfindən xilas olunub, lakin xəstəxanaya aparılarkən yolda hər iki uşaq vəfat edib.

Lent.az-ın məlumatına görə, yanğın baş verən evin sahibləri buaraya iki ay öncə köçübmüş. Həyətdə ikimərtəbəli ev tikdirən ev sahibi bu evin tikintisi hələ başa çatmadığı üçün bura bitişik kiçik yarımtikilidə yaşayırmış. Yanğın baş verən zaman isə evdə iki uşaq və onların anası olub.

Ananın səsinə köməyə gələn qonşular evin pəncərəsini sındırıblar ki, evə hava girsin. Lakin evə girib uşaqları oradan çıxarmaq mümkün olmayıb. Uşaqları evdən FHN-in hadisə yerinə gələn yanğınsöndürənləri çıxarıb. Uşaqlar huşsuz halda evdə çarpayının altından çıxarılıb və dərhal xəstəxanaya çatdırılıb. Qonşular öz maşınları ilə onları xəstəxanaya çatdırsa da, təəssüf ki, körpələrin həyatını xilas etmək mümkün olmayıb. Yanğın zamanı evdə olan ananın vəziyyəti isə normaldır.

İlkin məlumata görə, yanğına səbəb elektrik naqillərindəki qısaqapanma səbəb olub.

3 və 5 yaşlı qardaşlar yanğında öldü - Hadisə yerindən fotolar

İnterpress.az