Azərbaycan sərhədində nurçu əməliyyatıbackend

Azərbaycan sərhədində nurçu əməliyyatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu əməliyyatlar eyni vaxtda ölkənin üç şəhərində həyata keçirilib. Güc strukturlarının apardığı əməliyyatlar nəticəsində dini qruplaşmanın 14 üzvü saxlanılıb.

Respublikanın güc strukturlarından mətbuata sızdırılan məlumata görə, xüsusi əməliyyat zamanı saxlanılanlar arasında “nurçu”ların Rusiyadakı lideri, daha əvvəl ekstremist dini fəaliyyət göstərdiyi üçün şərti cəza almış Ziyavdin Dapayev də var.

Mənbənin sözlərinə görə, əməliyyatlar üç şəhərdə – Mahaçqala, İzberbaş və Xasavyurtda keçirilib. Saxlanılan şəxslərdən 400 nüsxə qadağan edilmiş dini ədəbiyyat, bir neçə noutbuk, mobil telefonlar, yaddaş kartları və içərisində ekstremist materiallar olan kompakt disklər götürülüb.

Xatırladaq ki, bir müddət əvvəl də Bakıda “nurçu”lara qarşı böyük əməliyyat keçirilib. Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi və Milli Təhlükəsizlik Nazirliyinin Yasamal rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mübariz Əsədovun X.Mustafayev küçəsindəki evində “Nurçu” dini təriqətini təbliğ etdikləri üçün 85 nəfər saxlanılıb.

Evə baxış zamanı 3000 ədəd yayılması və təbliği qanunla qadağan edilmiş dini ədəbiyyat aşkar edilərək götürülüb.

Onlardan 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 300-cü (Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması), 5 nəfər isə barələrində 299.0.2-ci (299.0.2. dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulmasına) maddələri ilə protokol tərtib edilərək buraxılıb.

İnterpress.az