İcra başçısı Bakıda ən böyük paxlava bişirtdirdi – FOTObackend

İcra başçısı Bakıda ən böyük paxlava bişirtdirdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Səbail rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məhəllədə yaşayanların RİH-nə müraciəti nəzərə alınaraq həyətdə binaların fasadı təmir olunaraq üzlənib, eyvanlar yenidən qurulub, binanın blok qapıları dəyişdirilib, binaların giriş hissəsi təmir olunub, pilləkənlər yenidən qurularaq bura aqlay döşənib.
Məhəllənin səkilərinə yeni bordyur daşları düzülüb, sakinlərin istirahəti üçün geniş söhbətgah quraşdırılıb, həyət boyunca yeni oturacaqlar qoyulub.

Məhəllədə əsaslı təmizlik işləri aparılıb, zəbt olunaraq hasarlanmış bağ sahələri, qanunsuz qaraj və digər tikililər sökülüb, burada işıqlandırma məsələləri həll olunub, məhəllə və ətraf ərazilərə yeni asfatl örtüyü çəkilib.

Uşaqlar üçün bir neçə əyləncə qurğuları quraşdırılıb, süni örtüklü mini stadion tikilib.

Məhəllədə təmir işlərinin başa çatdırılması ilə əlaqədar burada rayon rəhbərliyi, təsərrüfat xidmətləri, qəsəbə ağsaqqalları, ictimaiyyəti nümayəndələri və məhəllə sakinlərinin görüşü keçirilib. Səbail Rayon İcarı Hakimiyyətinin başçısı Eldar Əzizov və tədbirdə iştirak edən digər rəsmi şəxsilər həyətdə yaradılan şəraitlə tanış olublar. Həyətə toplaşan sakinləri və qonaqları ilaxır çərşənbə və Novruz bayramı münasibəti ilə təbrik edib.
Rayon rəhbərliyi və rayonun hüquq-mühafizə orqanlarının, təsərrüfat xidmətlərinin rəhbərləri sakinlərin istək və arzularını dinləyib, onların həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.

İcra başçısı Bakıda ən böyük paxlava bişirtdirdi - FOTO

Məhəllədə keçirilən şənlikdə Badamdar qəsəbəsində fəaliyyət göstərən «Konferon» MMC tərəfindən xüsusi olaraq təqdim olunmuş Badamdarda ən böyük paxlava kəsilərək sakinlərə və qonaqlara paylanıb. Sakinlər və qonaqlar onlar üçün hazırlanmış çay süfrəsi ətrafına toplaşıblar.

Məhəllədəki şənlik gün ərzində davam etmiş, bayram tonqalı yandırılıb, incəsənət xadimləri və Badamdar Mədəniyyət evinin özfəaliyyət kollektivi, kosa, keçəl və Bahar qızı, qəsəbə orta məktəblərinin şagirdləri və uşaq bağçalarında tərbiyə alan uşaqlar milli rəqsləri və mahnıları ilə şənliyi daha rəngarəng ediblər.(Modern.az)


İnterpress.az