Fərhad Bədəlbəyli “Xocalı Rekviyemi”ndən danışdıbackend

Fərhad Bədəlbəyli “Xocalı Rekviyemi”ndən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda konsert proqramları ilə Nyu-Cersi ştatında çıxış edən Fərhad Bədəlbəyli artıq ABŞ-ın bir çox şəhərlərində konsertlər verdiklərini Amerikanın Səsinə bildirib.

Fəhad Bədəlbəyli Amerikaya səfərin Xocalı hadisələrinin ildönümü ilə eyni vaxta düşdüyünü və əsas məqsədin amerikalı dinləyiciləri “Xocalı Rekviemi” ilə tanış etmək olduğunu deyib.

O, mahir tar ustası Sahib Paşazadə tərəfindən rekviyemin artıq Birləşmiş Ştatların müxtəlif şəhərlərində 17 dəfə ifa edildiyini və tamaşaçılar tərəfindən rəğbətlə qarşılandığını bildirib.

Fərhad Bədəlbəyli "Xocalı Rekviyemi"ndən danışdı

Bədəlbəyli amerikalıların tarzən Sahib Paşazadənin ifasına yüksək qiymət verdiyini və onun hər ifasından sonra hərarətlə alqışlandığını, amerikalıların tara böyük maraq göstərdiklərini deyib.

Amerikada olduğu müddətdə ən yadda qalan hadisələrin hansılar olduğu sualının cavabında Fərhad Bədəlbəyli burada tamaşaçıların dinləmə mədəniyyətinin yüksəkliyinin və kiçik şəhərlərdə belə, güclü akustikalı, gözəl konsert zallarının olmasının ona müsbət təsir bağışladığını bildirib.

İnterpress.az