Qara kürü ticarəti ilə məşğul olan üç azərbaycanlı tutulubbackend

Qara kürü ticarəti ilə məşğul olan üç azərbaycanlı tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidmətinə istinadən \”Fishnews\” məlumat yayıb.

İstintaqın fərziyyəsinə görə, üç Azərbaycan vətəndaşı və bir rusiyalı 2015-ci ilin mart ayından dekabrınadək olan dövr ərzində təhlükəsizlik tələblərinə cavab verməyən qara kürü satışı ilə məşğul olublar.

Ötən ilin dekabrında hüquq-mühafizə orqanları əməkdaşlarının birgə əməliyyatı nəticəsində 10 kq-dan artıq nərə balığı kürüsü götürülüb. Aparılan ekspertiza məhsulun sağlamlıq üçün təhlükəli olduğunu təsdiq edib.

Saxlanılan şəxslər bu cinayətə görə 6 ilədək azadlıqdan məhrum edilə bilərlər.
Cinayət işinin istintaqı davam etdirilir. (report)

İnterpress.az