Yağan qar ölkənin yollarında vəziyyəti mürəkkəbləşdiribbackend

Yağan qar ölkənin yollarında vəziyyəti mürəkkəbləşdirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün yağan qar Bakı-Şamaxı yolunun buz bağlaması ilə nəticələnib.

Sürücülərdən aldığımız məlumata görə, Bakı-Şamaxı yolunun 50-ci kilometrliyindən etibarən artıq yollar buz bağlayıb. Səhər saat 07:30 radələrindən etibarən isə yerli icra hakimiyyəti tərəfindən Mərəzə yolunda qum səpilməsinə başlanıb.

Şamaxı-İsmayıllı yolunun da ürəkaçan vəziyyətdə olmadığı bildirilir. Belə ki, virtualaz.org-un adı çəkilən yerdə olan əməkdaşından aldığımız məlumata görə bəzi maşınlar bu yolda hərəkətə edə bilmədiyindən geri qayıtmalı olublar.

“İsmayıllı yolunun 20-ci kilometrliyindən üzü Şamaxı istiqamətində isə yolun təmizlənməsi işləri gedir və ətrafda texnika gözə dəyir. Yollardan ən pis vəziyyətdə olan yer Şamaxıdan İsmayıllı yolunun 20-ci kilometrliyinə qədər olan hissədir”, – deyə sürücü Vasif Qurbanov bildirib.

İsmayıllı – Qəbələ yolunun da qarla örtüldüyü, amma texnikanın artıq işə salınıb təmizlənmə işlərinin başladığı bildirilir. (virtualaz.org)


İnterpress.az