Bakıda bir şilləylə adam öldü – HADİSƏbackend

Bakıda bir şilləylə adam öldü – HADİSƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 15-də Xəzər rayonunun Buzovna qəsəbəsində yaşayan Bakı şəhər sakini, epilepsiya xəstəsi olan A.İsmayılovun evində tanışı Elvin Əliyevlə aralarında baş vermiş münaqişə zəminində E.Əliyev sillə ilə A.İsmayılovu vurmuş və A.İsmayılov hadisə yerində ölmüşdür.

Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, E.Əliyev könüllü olaraq Xəzər RPİ-yə gələrək hadisə barədə məlumat verib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.

İnterpress.az