Bakıda qazı kəsdilərbackend

Bakıda qazı kəsdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən bayram axşamı olmasına baxmayaraq, Abşeron rayonunun bir sıra yaşayış məntəqələrində və Sumqayıtın bəzi hissələrində qaz kəsilib. Bu gün səhər saat 10-dan etibarən isə Bakı şəhərinin Sabunçu, Binəqədi, Xəzər, Səbail, Yasamal, Nərimanov, Nəsimi və Suraxanı rayonlarında, eləcə də Astara və Siyəzən rayonlarında qaz kəsilib.

“Azəriqaz” bunu orta təzyiqli qaz xətlərində təmir işləri ilə izah edir. Qazın verilməsinin təmir işləri başa çatdıqdan sonra bərpa ediləcəyi bildirilir.

Bizim şərh: Ötən gecə ölkənin əksər ərazilərində güclü qar yağıb. Amma hava proqnozunun qabacadan məlum olmasına baxmayaraq “Azəriqaz” profilaktik təmir işlərini məhz belə soyuq bir gündə başlayıb. Digər tərəfdən Azərbaycanda qaz pulu əsasən smart – kart vasitəsilə qabaqcadan toplanılır. “Azəriqaz” qaz təchizatını dayandırmaqla, istehlakçıların hüquqlarını kobud şəkildə pozub. Digər tərəfdən qazın kəsiləcəyi barədə ümumi elan verilsə də, vətəndaşlara bu haqda fərdi qaydada məlumat verilməyib. Vətəndaşların hər gün mətbuatı izləmək kimi bir öhdəliyi yoxdur və əgər qaz təchizatı bərpa olunandan sonra hansısa evlərdə partlayış və yanğınlar baş versə bunun məsuliyyəti “Azəriqaz”ın üzərinə düşəcək. (bastainfo.com)

İnterpress.az