​“Şərurlu İsfəndiyar”ın qardaşı məhkəmədə ifadə veribbackend

​“Şərurlu İsfəndiyar”ın qardaşı məhkəmədə ifadə verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə iş adamı İsfəndiyar Axundovun qardaşı, “SAFARI-N” MMC-nin direktoru İmran Axundov ifadə verib.

O, ifadəsində bina tikintisi ilə bağlı təqsirləndirilən Q.Rəhimovla aralarında müqavilə bağladıqlarını bildirib: \”Düzdür, bina tikintisi ilə əlaqədar Qoşun Rəhimovla müqavilə bağladıq. Lakin sonradan iş aparılmadığına görə müqaviləni ləğv etdik\”.

Məhkəmənin növbəti prosesi aprelin 4-nə təyin edilib.

Xatırladaq ki, ötən məhkəmə proseslərində Q.Rəhimov ifadəsində deyib ki, binanın tikintisində işləyən fəhlələrin pulunu özü ödəsə də, vergi işləri və bank əməliyyatları ilə
“SAFARI-N” MMC məşğul olub.

Qeyd edək ki, ittiham aktına əsasən, vətəndaşlar 2007-2008-ci illərdən etibarən “VEDI-E” MMC-nin Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi binada mənzil almaq üçün adıçəkilən şirkətlə müqavilə bağlayıblar.

​“Şərurlu İsfəndiyar”ın qardaşı məhkəmədə ifadə verib

Araşdırmalar zamanı MMC-nin direktoru Qoşun Rəhimov çoxmərtəbəli yaşayış binasındakı mənzilləri aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satıb. Bu yolla 29 nəfər zərərçəkənə 305 min manat məbləğində ziyan vurulub.

O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. İstintaq dövründə Q.Rəhimov barəsində həbs qətimkan tədbiri seçilməyib. Ondan heç yerə getməməklə haqda iltizam alınıb. (report)

İnterpress.az