Məşhur şair Yeseninin oğlu öldübackend

Məşhur şair Yeseninin oğlu öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, şair Sergey Yeseninin oğlu, Aleksandr Yesenin-Volpin şair olsa da riyaziyyatçı kimi daha çox uğur qazanıb.
91 yaşında dünyadan köçən Aleksandr Yesenin-Volpin tərcüməçi və şairə Nadejda Volpinin oğludur.

SSRİ-də insan hüquqları hərəkatının liderlərindən olan şair oğlu dəfələrlə SSRİ əleyhinə fəaliyyətinə görə əsəb xəstəxanasına yerləşdirilib. Bəlkə də buna görə, A.Volpində sonradan psixi problemlər yaranmışdı. O, isə bütün bu məhrumiyyətlərdən bezdiyi üçün SSRİ-ni birdəfəlik tərk etmişdi.

Qeyd edək ki, Sergey Yesenin 3 dəfə rəsmi, iki dəfə qeyri-rəsmi olmaqla beş dəfə evlənib.

Məşhur şair Yeseninin oğlu öldü

Məşhur şair Yeseninin oğlu öldü

İnterpress.az