Sovetskidə güclü partlayış – ÖLƏNLƏR VAR-FOTOLARbackend

Sovetskidə güclü partlayış – ÖLƏNLƏR VAR-FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

YENİLƏNİB

Müxbirimizin əldə etdiyi məlumata görə, yanğın nəticəsində Səriyyə Quliyeva adlı bir qadın həyatını itirib. Onun həyat yoldaşı Balaxan Quliyev və oğlu isə yanıq xəsarətləri alıblar.
Bu dəqiqələrdə keçmiş “Sovetski” küçəsinin ərazisində — M.Əliyev küçəsində şəxsi evlərdən biri yanır.

Yanğın nəticəsində ölənlər var, hazırda onların kimliyi və sayı müəyyənləşdirilir.

Yanğının aradan qaldırılması üçün FHN-in bir neçə yanğınsöndürən texnikası cəlb olunub, hadisə yerinə polis əməkdaşları gəlib.

Məlumata görə, yanğına qazla ehtiyatsız davranma səbəb olub. Xatırladaq ki, bu gün profilaktik işlərlə əlaqədar «Azəriqaz» İB Bakının bəzi yerlərinə təbii qaz verilişini dayandırmışdı. Yanğının baş verdiyi evdə qaz plitəsinin açarları açıq qalıbmış. Evlərə qaz verilişi bərpa olunarkən yanğın baş verib.

Təxminən 18:00-da, qazın verilməsindən sonra partlayış olub. Ehtimal olunur ki, ev qaz sızması nəticəsində partlayıb.(musavat.com)

Sovetskidə güclü partlayış - ÖLƏNLƏR VAR-FOTOLAR

İnterpress.az