Bakıda 2 nəfər mərmər lövhələr altında qalaraq ölübbackend

Bakıda 2 nəfər mərmər lövhələr altında qalaraq ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Suraxanı rayonu, S.Əliyev küçəsində Bakı şəhər sakini Əzimov Bayram Mahir oğluna məxsus mərmər sexində faciə baş verib.
Hadisə dünən axşam 22:00 radələrində baş verib. Sexdəki mərmər lövhələr fəhlələrin üzərinə aşıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım maşınları gəlib. Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq əməliyyat şəraitini qiymətləndirib və məlum olub ki, yük avtomobilini boşaldarkən mərmər lövhələr aşıb və vətəndaşlar lövhələrin altında sıxılmış vəziyyətdə qalıblar.

Xilasedicilər mərmərləri kəsərək ayırıb və vətəndaşların cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 23:14-də başa çatıb. Oxuculardan birinin verdiyi məlumata görə, sexdə 3 fəhlə olub və xilasediclər fəhlələrdən birinin həyatını xilas edə bilib. (bizimyol.info)

İnterpress.az