Rauf Mirqədirov azadlığa buraxılıb . Amma…backend

Rauf Mirqədirov azadlığa buraxılıb . Amma…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən proses qapalı olub.

Vəkil Fuad Ağayev prosesdən sonra bildirib ki, məhkəmə Rauf Mirqədirovun 5 il sınaq müddəti təyin olunmaqla azadlığa buraxılması barədə qərar qəbul edib.

Məhkəmə zalından azdlığa buraxılan Rauf Mirqədirov jurnalistlərə açıqlamasında onu müdafiə edənlərə təşəkkür edib, səhhətində problemlər olduğunu deyib.

R. Mirqədirov bildirib ki, məhkəmənin şərti qərar qəbul etməsi bərəat almaq demək deyil: \”Bəraət almağa çalışacağam\”.

Qeyd edək ki, R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə R. Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayəti həmin hökmdən verilib. Şikayətdə ona bəraət verilməsi istənilib. (amerikanınsəsi)

İnterpress.az