Amerikalı Məhəmməd Camal Xveysin İŞİD-a qoşulmasına dair istintaq başlayıbbackend

Amerikalı Məhəmməd Camal Xveysin İŞİD-a qoşulmasına dair istintaq başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu həftə o, İraq ordusu tərəfindən tutulub. Virciniyada doğulan Məhəmməd Sincarda tutlmazdan iki ay əvvəl terrorçularla birgə döyüşüb.

İnterpress.az-ın xarici mətbuata istinadən vrdiyi xəbərə görə, İraq ordusu 26 yaşlı Xveysi Mosuldan qaçarkən tutub. o, yolu səhv salıb, Türkiyəyə əvəzinə İraqa qayıdıb. Onu gənc bir iraqlı qadın müşayiət edib. Məhəmməd Avropa ölkələrində bir neçə dəfə dayandıqdan sonra dekabr ayında Türkiyə vasitəsi ilə Suriyaya keçib. Terrorçu yanvarın axırında evinə dönmək üçün İraq ərazisinə daxil olduğunu bildirib.

Kurd rəsmiləri Amerikanın səlahiyyətli nümayəndələri ilə əlaqə saxlayaraq onun haqda məlumat verdiklərini deyib. Hazırda Xveys təhlükəsizlik rəsmiləri tərəfindən sorğu-suala çəkilir. Onunla beynəlxalq və yerli qanunlar çərçivəsində davranıldığı vurğulanıb.

Xveysin İŞİD-lə necə əlaqəyə girdiyi bəlli deyil. Ələ keçirilənkən onun üzərində kredit kartı, sürücülük vəsiqəsi, mobil telefon və nağd pul tapılıb. Rəsmilər silah aşkar edilmədiyini deyib.(amerikanınsəsi)

Amerikalı Məhəmməd Camal Xveysin İŞİD-a qoşulmasına dair istintaq başlayıb

İnterpress.az