Moskvada azərbaycanlı biznesmen güllələnibbackend

Moskvada azərbaycanlı biznesmen güllələnib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisə bu gecə Moskva vaxtı ilə saat 03.00 radələrində baş verib.

46 yaşlı Canpolad Şamil oğlu yeraltı avtomobil dayanacağından çıxıb evinə gedərkən binanın girişində güllələnib. Cinayətin killer tərəfindən törədildiyi ehtimal edilir.
Hazırda sifarişli ölümün səbəblərini müəyyənləşdirirlər.

Məlumata görə, hadisə baş verən zaman Cambulat Şamil oğlu evinə qayıdırmış. Naməlum şəxslər ona yeraltı dayanacaqdan çıxıb binanın girişinə doğru gedərkən hücum ediblər. Biznesmenə 4 dəfə atəş açılıb və sonda baş nahiyəsinə atəş edilib.

O, səhər arvadı tərəfindən tapılana qədər 3 saat küçədə qalıb. Mərhumun qonşuları bildirirlər ki, təxminən gecə saat 3 radələrində atəş səsi eşidiblər. Lakin heç kim bayıra çıxmağa cəsarət etməyib.

Məlumata görə, Cambulat Şamil oğlu meyvələrin topdan alınması, həmçinin tikinti ilə məşğul olub.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının nümayəndələri işləyirlər.

Onu da bildirək ki, Cambulat Şamil oğlunun azərbaycanlı olduğu deyilir.

Moskvada azərbaycanlı biznesmen güllələnib

İnterpress.az