Sevdiyi qızı öldürən şəxsə 19 il cəza verildibackend

Sevdiyi qızı öldürən şəxsə 19 il cəza verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə B.Əliyev 19 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2015-ci ilin oktyabr ayında baş verib. 1990-cı il təvəllüdlü Babək Əliyev İlahə Yusubovanı qətlə yetirib. O, istintaqa ifadəsində bildirib ki, dəfələrlə tanışı İ.Yusubovaya evlilik təklifi edib, lakin heç vaxt qarşılıq almayıb. Keçən il oktyabrın 29-da B.Əliyev sevdiyi qızı metronun “Qara Qarayev” stansiyasının yaxınlığında görüşə çağırıb. Növbəti dəfə rədd cavabı alan B.Əliyev İ.Yusubovaya 15 dəfə bıçaq zərbəsi endirərək xüsusi amansızlıqla onu qətlə yetirib.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub. (trend)

Sevdiyi qızı öldürən şəxsə 19 il cəza verildi


İnterpress.az