Rauf Mirqədirovun anası danışdı – FOTObackend

Rauf Mirqədirovun anası danışdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən məhkəmə prosesində jurnalistlə bağlı yekun qərar elan olunub.

Həmin qərara əsasən, jurnalistə 5 il şərti həbs cəzası verilib.

Qərarın elan edilməsindən sonra o, məhkəmə zalından azadlığa buraxılıb.

Jurnalistin anası Rəfiqə İsayeva oğlunun azadlığa çıxması ilə bağlı duyğularını bölüşüb: \”İki ildir ki, gözlədiyim qərar nəhayət, verildi. Hər kəsə təşəkkür edirəm. Prezident Aparatına və İşçi Qrupuna təşəkkür edirəm. Ədalət bərpa olundu. Yanımızda olan mətbuat orqanlarına da təşəkkür edirəm. Çünki daim yanımızda oldular. Bütün valideynlər öz övladlarının azadlıqda olmasını istəyirlər. Nə qədər sevindiyimi ifadə edə bilmirəm. Çox sevinirəm. Allahdan bütün valideynlərə övladlarının sevincini yaşamalarını arzu edirəm\”. (musavat.com)

Rauf Mirqədirovun anası danışdı - FOTO

İnterpress.az