Pentaqon generalları ABŞ ordusunun zəif olduğunu etiraf etdilərbackend

Pentaqon generalları ABŞ ordusunun zəif olduğunu etiraf etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nümayəndələr Palatasında çıxış edən general milli ordunun Çin, Rusiya, İran və Şimali Koreya qoşunlarına qarşı effektiv mübarizə aparmasının şübhəli olduğunu deyib.
General ordunun hazırkı səviyyəsinin döyüş tapşırıqlarını icra etməyə tam hazır olmadığını deyib.

ABŞ Hərbi Hava Qüvvələrinin komandanı Debora Ceyms isə aviasiyanın hazırkı durumunun Rusiya Hərbi Kosmik Qüvvələrinə qarşı mübarizədə xeyli büdrədiyini deyib. O, bunun hava qüvvələrinə ayrılan büdcənini azlığı ilə deyil, döyüş təlimlərinə az vaxtın ayrılması ilə əlaqələndirib.

Həm Mark Milli, həm də Debora Ceyms Pentaqonunu şəxsi heyətinin ixtisarından da gileyləniblər, ordunun modernləşdirilməsinin vacib olduğunu deyiblər.

Pentaqon 2017-ci ilin hərbi büdcəsinin 148 milyard dollar səviyyəsində təsdiq olunması üçün Konqresə müraciət edib. Həmin vaxta qədər ordunun şxəsi heyəti 475 mindən 460 minə qədər azaldılacaq. (modern.az)

İnterpress.az