Almaniyada kürd ailəsində dəhşətbackend

Almaniyada kürd ailəsində dəhşət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

50 yaşlı kürd Qazi Necat Facebook-dakı səhifəsində belə yazıb.

Kürd ailəsində yaşanan faciəni Almaniyanın nüfuzlu \”Bild\” qəzeti yayımlayıb. Məqalədə deyilir ki, Şilan Necatı toyda güllələyiblər. Onu qətlə yetirənlər əmisi oğulları Sefin və Həsən Necatlardır.

İraqı 14 il əvvəl tərk edərək Almaniyaya sığınmış Qazi Necat Hannover şəhərində yaşayır.
Qazinin qardaşı Şilanı böyük oğlu Sefinə almaq istəyirdi. Şilan isə bu izdivaca razı deyildi və Sefinə ərə getməyəcəyini deyirdi.

Toyda da rəqs edəndə Sefin ona yaxınlaşıb, nikaha razılaşmasını istəyib. Şilan \”Sənə ərə getmirəm!\” deyərək anasının yanına getmək istəyəndə Sefin qəzəblənib və tapançanı çıxararaq Şilanı güllələyib.
22 yaşlı Sefinlə qardaşı Həsən qaçıblar.

Polis qatilləri axtarır. (milli.az)

İnterpress.az