Tofiq Yaqublu: Məni buraxırlar, İlqar Məmmədovu yox, bu, absurddu”backend

Tofiq Yaqublu: Məni buraxırlar, İlqar Məmmədovu yox, bu, absurddu”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə məlumatı “Yeni Müsavat”qəzetinə vicdan məhbusunun qızı Nigar Yaqublu verib.
Qeyd edək ki, prezidentin 17 mart tarixli Əfv sərəncamının icrası 18 mart sabahına gözlənirdi.
Lakin tanınmış siyasi dustaqlar gecə saatlarında evlərinə buraxılıb.
Müsavat başqanının müavini Tofuq Yaqublu azadlığa çıxması ilə bağlı musavat.com-a danışıb.

T.Yaqublu deyib ki, hər əfv sərəncamında adının siyahıya düşməsini gözləyirmiş: “Bu dəfə də ümidliydim, amma illüziyaya da qapılmamışdım. ANS-in xəbərlərini izləyib qayıdanda dustaqlardan biri mənə yaxınlaşıb dedi ki, adın əfvə düşüb. Sonra da təəccüblə niyə sevinmədiyimi soruşdu. Mən digər dostlarımızın – Xədicə İsmayılın, İntiqam Əliyevin, İlqar Məmmədovun azadlığa buraxılmamasına çox üzülürəm.
Təsəvvür edin, İlqar Məmmədovla eyni ittihamla həbs olunmuşuq, məni buraxırlar, onu yox. Bu, absurddu”. T.Yaqublu bildirib ki, siyasi mübarizəsini əvvəl olduğu kimi davam etdirəcək: “Kimsəyə təşəkkür etmək fikrim yoxdu. Əksinə, bizə yaşadılan bu sitəmin, qanunsuz həbsimizin hesabını sormaq lazımdı.
Axı bizi niyə qanunsuz yerə, günahımız olmadan həbs etmişdi bu iqtidar?! Əgər indi əfv verirdisə, bütün siyasi məhbuslara şamil edilməliydi”.

Musavat.com-un müxbiri xəbər verir ki, Müsavat başqanı Arif Hacılı və partiya yetkililəri, ictimaiyyət nümayəndələri gec saatları olmasına baxmayaraq, Tofiq Yaqublu ilə görüşmək üçün onun mənzilinə gəliblər.

Tofiq Yaqublu: Məni buraxırlar, İlqar Məmmədovu yox, bu, absurddu”

Tofiq Yaqublu: Məni buraxırlar, İlqar Məmmədovu yox, bu, absurddu”

Tofiq Yaqublu: Məni buraxırlar, İlqar Məmmədovu yox, bu, absurddu”

İnterpress.az