Nazirlik xəbərdarlıq etdi: Kompüterlər yay vaxtına avtomatik keçə bilərbackend

Nazirlik xəbərdarlıq etdi: Kompüterlər yay vaxtına avtomatik keçə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, kompüter, mobil telefon, server və digər informasiya-kommunikasiya texnologiyaları avadanlıqlarında yay və qış vaxtlarına keçid avtomatik baş verə bilir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, bununla əlaqədar olaraq ölkədə fəaliyyət göstərən operator (o cümlədən mobil), provayderlər yay vaxtına keçidin ləğv olunması barədə məlumatlandırılıb, onlara informasiya sistemləri və şəbəkələrinin UTC+4:00 ilə sinxronlaşdırılması üçün qabaqlayıcı tədbirlər görülməsi tövsiyə edilib.

Həmçinin ölkəmizdə fəaliyyət göstərən tanınmış xarici şirkətlərin (“Microsoft” və s.) yerli nümayəndəlikləri də yay vaxtına keçidin ləğv olunması barədə məlumatlandırılıb.

Eyni zamanda, UNIX əsaslı əməliyyat sistemləri üçün yeniləmə paketini endirib tətbiq etməyiniz tövsiyə olunur.

Fərdi istifadəçilərdən kompüter və mobil telefonlarının \”tarix və vaxt\” menyusundan \”avtomatik\” rejiminin deaktiv edilməsi tövsiyə olunur.