Təyyarə qəzasında həlak olanların ailələrinə 1 milyon rubl veriləcəkbackend

Təyyarə qəzasında həlak olanların ailələrinə 1 milyon rubl veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə şirkətin rəsmi portalında xəbər verilib.

Rostov vilayətinin qubernatoru Vasili Qolubev isə bəyan edib ki, həlak olanların ailəsinə 1 milyon rubl məbləğində kompensasiya ödəniləcək. O bu gün müvafiq sərəncam imzalayacağını bildirib.

Qeyd edək ki, həlak olanların çox ailə cütlükləridir.

O da bildirilir ki, təyyarənin aeroporta enə bilməməsinin səbəbi əlverişsiz hava şəraiti olub. Təyyarə uşuş zolağının 50-10 metrliyində yerə çırpılıb və hissələrə parçalanıb və yanıb. Həlak olanlar arasında 7 uşaq da olub.

Onu da qeyd edək ki, ucuz qiymətə uçuşlar həyata keçirən və donanması tamamilə Boeing 737-800 tipli təyyarələrdən ibarət olan FlyDubai 43 ölkənin 94 aeroportuna reyslər həyata keçirir. Şirkətin anqarında 50 Boeing 737-800 markalı təyyarə var.

Aviaşirkət Rostovdan başqa Rusiyanın 10-da artıq şəhərinə də sərnişin daşıyır.

İnterpress.az