Avropanın göbəyindəki PKK çadırı-VİDEObackend

Avropanın göbəyindəki PKK çadırı-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, baş nazir Əhməd Davudoğlunun da qatıldığı zirvə tolantısında ən çox müzakirə olunan məsələ görüşün keçirildiyi binanın arxasında qurulan PKK çadırı olub.

PKK terror təşkilatının Belçikadakı liderlərindən olan Remzi Kartal terrorçuların bayrağı dalğalanan, PKK-nın məşhur qatillərinin fotoları asılan çadırın qurulmasına siyasi don geydirib.
O, çadırda verdiyi mətbuat konfransında bildirib ki, Yaxın Şərqdə terror əməliyyatlarını pisləmək üçün dünya KİV-lərinə bu barədə geniş məlumat vermək məqsədilə qurudurub çadırı. Amma toplantının ilk günündən qurulan çadırda tolaşan PKK terror təşkilatının liderləri verdikləri açıqlamalarda və apardıqları təbliğatla daim Türkiyə dövlətinə çirkab atıblar.

Avropanın göbəyindəki PKK çadırı-VİDEO
Avropanın göbəyindəki PKK çadırı-VİDEO

Ən qəribəsi isə odur ki, daim PKK-ya dəstək verən Belçika bu dəfə hətta xarici qonaqlara görə narahat olmayıb.
Əli qana bulaşmış PKK terrorçularından qonaqların təhlükəsziliyinin qorunması haqqında xarici medianın Belçika Daxili İşlər Nazirliyinə göndərdiyi sorğuya isə hələ də cavab verən olmayıb.

Qeyd edək ki, Belçikada baş tutan zirvə toplantısında AB ölkələrinin rəhbərləri ilə Türkiyə arasında miqrant bölüşməsi müzakirə olunub. Artıq sona çatan görüşmədə AB liderləri istəklərinə nail olulbar. Belə ki, 33 nömrəli sənəd iyun ayında müzakirəyə çıxarılacaq. Türkiyə 2-3 gün ərzində Avropaya gedən miqrantları qəbul edəcək.

Avropanın göbəyindəki PKK çadırı-VİDEO

Remzi Kartal

Avropanın göbəyindəki PKK çadırı-VİDEO

Məlumata görə, razılıq əldə olunan məsələlər bunlardır:

1.33 nömrəli sənəd iyun ayında müzakirəyə çıxarılacaq.

2. Viza prosesinin sadələşdirilməsi aprel ayında sona çatacaq.

3. Türkiyə Avropaya gedən miqrantları yenidən qəbul edəcək.

4. Türkiyənin layihələri bir həftə ərzində maliyyə ilə təmin ediləcək.

İnterpress.azhttps://youtube.com/watch?v=e4mL97nKrEc