Bakıda 19 mart terrorundan 22 il keçirbackend

Bakıda 19 mart terrorundan 22 il keçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1994-ci ilin martın 19-da törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb.

Aparılan məhkəmə sübut edib ki, terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanıb, separatçı “Sadval” təşkilatının üzvləri tərəfindən həyata keçirilib.

Müəyyən olunub ki, “Sadval” separatçı təşkilatının həmin fəalları 1992-ci ildən etibarən dəfələrlə Ermənistanda olub, bu ölkənin Milli Təhlükəsizlik Baş İdarəsi təşkilatın formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak edib.

1992-ci ilin aprel-may aylarında 30 nəfər milliyyətcə ləzgi olan Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçib.

İstintaq zamanı müəyyənləşdirilib ki, təxribatçılar təlimata uyğun olaraq, “20 Yanvar” stansiyası ilə yanaşı Bakının “Nizami” kinoteatrında, Respublika sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırıbmışlar.

“20 Yanvar” metro stansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilib.

Qeyd edək ki, həmin terraktda dünyasını dəyişənlər arasında tanınmış sənətçi Rafiq Babayev də var.

Allah rəhmət etsin! (gün.az)

İnterpress.az