İnterpress.az Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, Yasamal rayon Polis İdarəsi 29-cu Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də rayon ərazisindəki sağlamlıq mərkəzlərindən birindən 540 manat və sənədlər oğurlamış Bakı şəhər sakini Zeynəb Zeynalova tutulub.
Zeynəb Zeynalova əvvəllər də məhkumluq həyatı yaşayıb.
İnterpress.az