Bakıda keçiriləcək Formula 1 Qran Prisinin səfiri qəzaya düşdü-VİDEObackend

Bakıda keçiriləcək Formula 1 Qran Prisinin səfiri qəzaya düşdü-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yürüş qırmızı bayraqlarla dayandırılıb. \”Maklaren\” pilotu, ispaniyalı Fernando Alonso \”Zauber\”dəki həmkarı, meksikalı Esteban Qutyerresi ötməyə çalışarkən, öz avtomobilini əzib. Maşın trasdan kənara uçaraq, hasara dəydikdən sonra çevrilib və təkərləri yerindən çıxıb. Alonsonun özü zədələnməyib. Yürüşə nəzarət edən şəxslər qəzanın nəticələrinin aradan qaldırılması üçün Qran Prini qırmızı bayraqlarla dayandırmağı qərara alıblar. Bir müddət sonra yürüş bərpa olunub. Hazırda \”Ferrari\” pilosu Sebastyan Fettel irəlidədir.

Qeyd edək ki, Fernando Alonso 17 – 19 iyunda Bakıda keçiriləcək Avropa Qran Prisinin səfiridir. (report)

İnterpress.azhttps://youtube.com/watch?v=ljMm1mu5I2s