İstanbuldakı terrorda ölənlərdən üçü israillidi-VİDEObackend

İstanbuldakı terrorda ölənlərdən üçü israillidi-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın \”Milliyet\”ə istinadən verdiyi xəbərə görə, bu gün terrorda həlak olan İsrail vətəndaşlarının cənazələri Türkiyədən vətənlərinə yola salınıb.

Bu arada Ağ Evin nümayəndəsi Ned Prays dünənki terrorda həlak olanlardan ikisinin də Amerika vətəndaşı olduğunu bildirib və o, terroru pisləyib:
“İstanbulda baş verən terrorda ölənlərdən ikisi Amerika vətəndaşıdır.
Biz NATO-dakı tərəfdaşımız olan Türkiyəni əzmkarlıqla dəstəkləyirik. Türkiyədə terror aktlarına son qoyulmalıdır”.

Daha sonra ABŞ rəsmisi terrora qarşı ölkəsinin Türkiyə ilə birgə mübarizə aparacağına söz verib.

Qeyd edək ki, dünənki terror aktı zamanı 5 nəfər həlak olub. Bu gün xarici medianın və Türkiyə mediasının yazdıqları arasında bəzi ziddiyyətlər var. Çox maraqlıdır ki, önlələrin 5 – də xarici vətəndaşdır. Amma Türkiyə mediasında terrorla bağlı geniş xəbər verilməsinə qoyulan yasağı xatırlayanda, dünənki terrorda ölənlərin 5 deyil, daha çox olduğu qənaətinə gəlməmək olmur.
Bu arada isə kamikadzenin Savaş Yıldız deyil, 24 yaşlı İŞİD terrorçusu Mehmet Öztürkün olduğu da dəqiqləşib. Bunu bu gün tamamlanan DNA testi təsdiq edib.

İstanbuldakı terrorda ölənlərdən üçü israillidi-VİDEO