Şırnakda vəziyyət gərginləşir-4 şəhidbackend

Şırnakda vəziyyət gərginləşir-4 şəhid

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bölgədəki PKK terrorçularını zərərsizləşdirmək üçün başlanan əməliyyat davam edir.
İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu gün Yeşilyurt küçəsində iki hərbiçi şəhid olub.
Mardinin Nusaybin rayonunda da atışma zamanı 7 təhlükəsizlik əməkdaşı yaralanıb.
Atışmaların arası kəsilmədiyi bu bölgədə də bir əsgər şəhid olub.
Martın 14-də Nusaybində başlaya küçəyə çıxma qadağası ilə başlayan hərbi əməliyyat hələ də davam edir.
Döyüşün ən şiddətli nöqtəsi isə Dəclə və Firat küçəsidir. Buradakı atışmalarda 7 polis yaralanıb, 1 polis şəhid olub.
Əməliyyat zamanı 41 terrorçu zərəsizləşdirilib.

Interpress.az