Nazarbayev seçkilərdə qalib gəldibackend

Nazarbayev seçkilərdə qalib gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan prezidenti Nursultan Nazarbayev martın 20-də “Nur-Otan” Partiyasının üzvlərinə müraciətində ölkədə keçirilən növbədənkənar parlament seçkilərini şəffaf və ədalətli adlandırıb.

Bu barədə Qazaxıstan prezizidentinin mətbuat xidməti məlumat yayıb.

“Nur-Otan” Partiyasının Seçki Qərargahının üzvlərinin, səlahiyyətli şəxslərin və gənclərin iştirak etdiyi toplantıda N. Nazarbayev bildirib ki, seçkiləri izləyən 800 xarici və 10 min yerli müşahidəçi seçki prosesinin qanunvericiliyə uyğun keçdiyini bildirib: “Biz dünyanın gözü qarşısında şəffaf və ədalətli seçkilər keçirdik”.

Qazaxıstan prezizidenti hamını tarixi qələbə münasibəti ilə təbrik edib: “Nur-Otan Partiyasına səs verən qazaxıstanlılar yenə də ölkədə həyata keçirilən kursu, partiyanın elan edilən proqram və islahatlarını dəstəklədilər. Bu, bütün xalqın qələbəsidir. Bizim partiyanın hər bir üzvü çətin olan bu dövrdə bu etimadı mütləq qiymətləndirməlidir. Bu qələbə uzun illər görülən işlərin nəticəsidir”.

İnterpress.az