“Mercedes” iki işıq dirəyini aşırdıbackend

“Mercedes” iki işıq dirəyini aşırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Yasamal rayonu Mətbuat prospektində qeydə alınıb. Prospektlə Mikayıl Müşfiq küçəsinə doğru hərəkət edən “Mercedes” maraklı avtomobil azca meyillilyi olan döngədə sürücünün idarəetməsindən çıxıb.

Nəticədə avtomaşın iki işıq dirəyinə çırpılıb. Zərbənin təsirindən dirəklər əks yola aşıb. Hadisə vaxtı xəsarət alan olmayıb. Amma nəqliyyat vasitəsinə və yol təsərrüfatına xeyli miqdarda maddi ziyan dəyib.

Yol patrul xidməti əməkdaşlarının ilkin qənaitnə görə, qəzaya hava şəraiti ilə yanaşı sürücünün sürət həddini aşması səbəb olub. “Mercedes”in sürücüsü 27 yaşlı Şahin Nəsibov isə, qəzanın avtomobilin təkərinin partlaması səbəbindən baş verdiyini deyir.

Qəzanın səbəbləri və yol təsərrüfatına dəyən maddi ziyanının miqdarı isə aparılan araşdırmalardan sonra müəyyən ediləcək. ( anspress.com )

İnterpress.az