Lənkəranda qəza: 3 yaralıbackend

Lənkəranda qəza: 3 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Aşağı Nüvədi qəsəbəsi ərazisində yerləşən Xəzər Palace istirahət mərkəzinin qarşısında baş verib. Xəsarət alanlar dərhal Lənkəran Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

İlkin diaqnostik müayinələrdən sonra ən ağır vəziyyətdə olan 9 yaşlı Əbdülov Şamo Şəmşir oğlu reanimasiya şöbəsinə yerləşdirilib. Baş beyinin ağır dərəcəli zədələnməsi diaqnozu ilə şöbəyə yerləşdirilən yaralı koma vəziyyətindədir.

Xəsarət alanların olduğu bildirilən VAZ-2106-nın sürücüsü 28 yaşlı Əbdülov Qabil Muxtar oğlu və 12 yaşlı Əbdülova Elvira Şəmşir qızı baş və bədənin müxtəlif nahiyələrinin sınıq və travmaları ilə travmatalogiya şöbəsinə yerləşdiriliblər. Vəziyyətləri orta ağır qiymətləndirilir. Qəzanın baş vermə səbəbləri araşdırılır.

Lənkəranda qəza: 3 yaralı

İnterpress.az