Ölkədə müşahidə olunan faktiki hava şəraiti açıqlanıbbackend

Ölkədə müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi martın 20-si gündüzdən 21-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış yağıb, bəzi yerlərdə intensiv olmuş, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 6-15 mm, Mərkəzi-Aran rayonlarında 2-20 mm, Lənkəran-Astara zonasında 4-16 mm, Böyük Qafqazda 3-15 mm, Qazax-Gəncə zonasında 2-8 mm, Kiçik Qafqazda 8-11 mm, Naxçıvan MR-da 3-6 mm təşkil edib.

Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə güclənib. Qar örtüyünün hündürlüyü dağətəyi rayonlarda 4-16 sm, dağlıq rayonlarda 14-20 sm, yüksək dağlıq ərazilərdə 25-40 sm-ə çatıb.

İnterpress.az