Avstraliyanın nüfuzlu jurnalında erməni mafiyasının fəaliyyətinə dair məqalə dərc olunubbackend

Avstraliyanın nüfuzlu jurnalında erməni mafiyasının fəaliyyətinə dair məqalə dərc olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məqalədə “Adelaydın yeddi ailəsi” kimi tanınan Kalabriya mafiyasının kökünün 1920-ci illərə gedib çıxdığı və bu cinayətkar qruplaşmanın uzun müddət ölkənin iri şəhərlərində tərəvəz və meyvə ticarəti üzərində nəzarəti həyata keçirdiyi diqqətə çatdırılıb. Şantaj, rüşvətxorluq, çətənə bitkisinin əkilib-becərilməsinin və reketçiliyin mafiyanın bir əsrə yaxın əsas gəlir mənbəyi olduğunu bildirən qəzet italiyalı tədqiqatçılara istinadən yeni nəsil mafioz qruplaşmaların daha təhlükəli ticarətə qurşandığını vurğulayıb.

Britaniya əsilli kriminoloq Anna Sergi qəzetə müsahibəsində Melbrun və Sidney küçələrində “ice” (buz) adlanan metamfetamin ticarətinə italiyalı mafioz ailələr tərəfindən ispan və erməni “brokerlər” vasitəsilə nəzarət olunduğunu söyləyib. Həmçinin, o, metamfetaminin yükləndikləri yer – Ermənistandan keçməklə Bilbaoya və sonra təyyarə ilə Bilbaodan Avropaya əsasən çamadanların plastik hissələrində italiyalılar tərəfindən təşkil olunmuş kanallar vasitəsilə Avstraliyaya daşındığını bildirib. Məqalədə İtaliyanın səlahiyyətli orqanlarının Ermənistandan Avstraliyaya metamfetamin ticarətindən məlumatlı olduqları, lakin bunun qarşısını ala bilmədikləri xüsusilə diqqətə çatdırılıb.(apa)

İnterpress.az