Azərbaycan prezidenti Belçika Krallığının baş nazirinə başsağlığı veribbackend

Azərbaycan prezidenti Belçika Krallığının baş nazirinə başsağlığı verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət başçısı Brüssel şəhərində törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən kədərləndiyini qeyd edib: “Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorun bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik.
Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Belçika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.