ABŞ prezidenti mətbuat konfransında dalaşdıbackend

ABŞ prezidenti mətbuat konfransında dalaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Obamanın Kuba səfərində daha bir maraqlı hadisə baş verib.

Obama Havanadakı “İnqilab” meydanında yerləşən sarayda Kubanın prezidenti Raul Kastro ilə görüşüb. Görüşdə maraqlı hadisə yaşanıb. Obama mətbuat konfransında iki dövlət arasındakı münasibətlərin yaxşılaşdırılması üçün Kubada demokratiya və insan hüquqları istiqamətində irəliləyişlərin vacibliyini bildirib. ABŞ rəhbərinin bu sözləri birmənalı qarşılanmayıb və Kastronun da cavabı özünü çox gözlətməyib. O, ABŞ-ın demokratiya və insan hüquqlarına ikili münasibət sərgilədiyini qeyd edib: “Kubada qadın azadlığı, demokratik inkişaf çox yaxşı səviyyədədir. Vətəndaşlarına pulsuz təhsil və səhiyyə xidmətləri verməyən ABŞ-ın Kubaya insan hüquqları dərsi verməsi anlaşılmazdır”.

Mətbuat konfransının az qala hər bir dəqiqəsi gərginliklə yadda qalıb. (moderator.az)


İnterpress.az