ABŞ prezidenti Kubadan Argentinaya gəldibackend

ABŞ prezidenti Kubadan Argentinaya gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu, 1997-ci ildən bəri Buenos-Ayresə Birləşmiş Ştatlardan prezident səviyyəsində edilən ilk səfərdir.

Məlumata görə, B.Obama və ailəsini Buenos-Ayresin Ezeiza Ministro Pistarini Beynəlxalq Hava Limanında Argentina xarici işlər naziri Susa Malkorra, ABŞ-ın Buenos-Ayresdəki səfiri Noah Mamet qarşılayıb. Xəbərdə ABŞ prezidentinin Argentina dövlət başçısı Maurisio Makri tərəfindən martın 23-də Kasa Rosadada qəbul ediləcəyi qeyd olunub.

B.Obamanın martın 24-də səhər saatlarında isə Argentinada hərbi diktatura dövrünün qurbanlarının xatirəsinə ucaldılmış \”Parque de la Memoria\” abidəsini ziyarət edəcəyi, daha sonra ölkənin cənubundakı turizm bölgəsi olan Bariloçeyə gedəcəyi vurğulanıb.

Qeyd edək ki, səfər Argentinada 1976-ci ildə ABŞ tərəfindən dəstəklənən hərbi çevrilişin 40-cı ildönümünə təsadüf edir. Bu səbəbdən paytaxt Buenos-Ayresdə B.Obama əleyhinə etiraz aksiyalarının da keçirilməsi gözlənilir. Ona görə də ciddi təhlükəsizlik tədbirləri görülüb. (report)

İnterpress.az