Terrorun təsir etdiyi ilk ölkələrdən biri də İsveçrə olub.
Belə ki, İsveçrə Belçikaya təyyarə və qatar səfərlərini dayandırıb. Adıçəkilən ölkənin hava yolu şirkəti olan SWISS-dən verilən açıqlamada qeyd edilir ki, məhdudiyyət ötən gün axşamdan başlayıb. Qadağa martın 28-dək davam edəcək. Bazar ertəsinə qədər Belçikanın bütün şəhərlərinə olan təyyarə reysləri təhlükəsizlik səbəbilə dayandırılıb.
İsveçrə dəmir yolları CFF-də eyni məzmunlu açıqlama yayaraq birbaşa və dolayı yollarla olan bütün səfərlərin təxirə saldığını deyib.
Brüssel hava limanı – 22 mart terrorundan sonra
Martın 22-i Belçikanın paytaxtı Brüsseldə, hava limanında və metroda baş verən partlayışlar nəticəsində 34 nəfər ölüb, 230 nəfər yaralanıb. Terror aktını Belçika vətəndaşları olan Xalid və İbrahim Bakraui qardaşlarının törətdiyi açıqlanıb. Brüsseldəki terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Məlumata görə, Bakraui qardaşları Brüsseldə kirayədə yaşayıb. Qardaşlar cinayətkar qruplaşma ilə əlaqədə şübhəli bilinərək axtarışda olub. Bir həftə əvvəl Brüsselin polis əməkdaşları onların yaşadığı evə basqın ediblər. Lakin əməliyyat zamanı qardaşları tutmaq mümkün olmayıb.
Belçikanın Daxili İşlər Nazirliyinin məlumatına görə, qardaşlar ötən ilin noyabr ayında Parisdə bir neçə partlayışlar törədən Salah Abdeslam ilə əlaqədə olublar. Partlayışı törətməkdə şübhəli bilinən 3 nəfərdən ikisi ölüb, biri isə qaçıb. (anspress)
İnterpress.az