Görüş Vaşinqton vaxtı ilə saat 14:00-da, Bakı vaxtilə saat 22:00-da başlayacaq və bir saata yaxın davam edəcək. Nüvə sammiti isə artıq start götürüb.
Nüvə texnologiyası Azərbaycanda yeni sahədir, tədqiqatların aparılması, kadrların hazırlanmasına yeni başlanılır. Azərbaycanın nüvə sammitinə dəvət olunması nüvə texnologiyalarının ölkəmizdə inkişafına təkan verə bilər.
Mütəxəsislər hesab edirlər ki, Azərbaycanın sammitə dəvət olunması onu göstərir ki, bu sahədə dünyanın aparcı ölkələri Azərbaycanı tərəfdaş kimi qəbul edir.
Milli Nüvə Tədqiqatları QSC-nin şöbə müdiri Cəlal Nağıyev Azərbaycanda nüvə sənayesinin inkişafından danışaraq, bildirdi ki, ölkəmizdə artıq Qamma sterilizasiya kompleksi inşa edilib və istifadəyə verilmək ərəfəsindədir.
“Bu qurğu müxtəlif təyinatlı məhsulların – tibbi, kənd təsərrüfatı məhsullarının nüvə enrjisindən istifadə olunaraq radiasyon sterlizasiya etməyə imkan verəcək. Avropanın inkişaf etmiş ölkələrində bu texnologiyadan istifadə edilir”, – deyə Cəlal Nağıyev bildirib. ( ANS TV )
İnterpress.az