Bu sözləri Milli Məclisin Tərtər rayonundan seçilən deputatı Sahib Alıyev sosial şəbəkədə yazıb.
Deputat bildirib ki, orada rəsmi qurumlar və şəxslər Azərbaycanın yaydığı xəbərləri verməməyə, cəhbədəki itkiləri ilə bağlı yazılara qorxulu başlıqlar qoymamağa çağırırlar:
“Nə qədər texnika və canlı qüvvə itirdiklərini gizlədir, ancaq uşaq ölümündən yazırlar. İtkiləri isə böyükdür. Mövqeləri qoyub qaçıblar. Ən azından havadarlarının təcili hərəkətə keçmələri göstərir ki, işğal alətinin, işğalçı yox, bəli, məhz işğal alətinin burunu bu dəfə yaman əzilib. Şokdadırlar”.
İnterpress.az