Amerikanın dövlət katibi Con Kerri belə bəyanatla çıxış edib.
ABŞ Dövlət Departamentinin başçısı bildirib ki, konfliktin hərbi yolla həlli yoxdur. Onun sözlərinə görə, ABŞ ABŞ Dağlıq Qarabağda qoşunların təmas xətti boyunca atəşkəs rejiminin pozulmasını və mülki əhalinin öldürülməsini pisləyir.
O, ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın dayanıqlı sülh üçün çalışdığını da vurğulayıb.
“ABŞ həmsədr ölkə olaraq dayanaqlı və razılaşdırılmış sülhə nail olmaq üçün münaqişə tərəfləri ilə işləməyə sadiqdir
Yerlərdə vəziyyət stabil deyil. Tərəflər dərhal münaqişənin hərtərəfli həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəsi ilə danışıqlara başlamalıdır”.
Qeyd edək ki, Azərbayca ordusu cəbhədəki döyüşlərdə 12 şəhid verib. (Modern)
İnterpress.az