Bəyanatda bildirilir ki, işğalçı erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində cəbhə bölgəsində yaşanan gərgin vəziyyətdə Azərbaycanın qəhrəman ordusu işğalçı gücləri geri qaytarıb və topraqlarımızda irəliləyib: \”Azərbaycan ordusunun işğalcılara qarşı qəhrəmanca döyüşməsi nəticəsində 12 əsgərimiz şəhid olub. İşğal edilmiş topraqlarımızı Güney Azərbaycan xalqının milli məsələsi olaraq görürük. Güney Azərbaycan milli azadlıq hərəkatı xalqımızın bütün milli məsələlərinə göstərdiyi həssasiyəti və üstləndiyi sorumluluğu eyni dərəcədə tarixi və əbədi Azərbaycan toprağı olan Qarabağ üçün göstərməkdədir. Ermənistan və bölgədəki stratejik dəstəkçiləri bütöv Azərbaycan xalqının varlığını hədəf alıb. 30 milyon Güney Azərbaycanlının vətəndaşı olduğu İran hükümetinin Ermənistanla dəvam etdiyi dostluq ilişkiləri Güney Azərbaycanlılara qarşı apardığı düşmənçilik siyasətinin sənədidir. Güney Azərbaycan xalqının və milli fəallarının dəvamlı və cəmi etirazlarına baxmayaraq Ermənistanla dostca əlaqələrinə davam edən İran hükümətini insanlıq və millətimiz adına qınayırıq. Güney Azərbaycan milli azadlıq cəbhəsi olaraq əziz Şəhidlərimizin ailələri və yaxınlarına bütöv Azərbaycan millətinə başsağlığı diləyirik Azərbaycan dövləti ordusu və millətinin yanındayıq və ordumuzun İşğal edilmiş torpaqlarımızı Ermənistan silahlı qüvvələrindən təmizləyəcəyinə inanırıq\”.(musavat)
İnterpress.az