Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş Səfxan Bayramovun həmin yüksəklik haqda söylədiklərini olduğu kimi təqdim edirik:
\”Bu gün ərzində cəbhə xəttində döyüş əməliyyatları şiddətlənib. Rəsmi məlumata görə Lalə – İlahi (xəritədə adı belədir) yüksəkliyi artıq bizimkilərin əlindədir.
Məlumat üçün bildirirəm ki, həmin yüksəkliyin ələ keçirilməsi düşmənin böyük ölçülü məğlubiyyəti və Arazqırağı ərazidə nəzarətin tam ələ keçirtilməsi deməkdir. İtlər (erməni kimi də oxuya bilərsiniz) atəşkəs razılığından dərhal sonra orada keçilməz, uzunmüddətli müdafiə sistemi yaratmışdılar.
Təsəvvür formalaşdırmaq üçün əlavə edim ki, oradakı yeraltı beton bunkerlərdə tanklar da daxil olmaqla bir neçə zirehli texnika sərbəst gizlənə və atəş pəncərələrindən-Arazdan kənd Horadizə qədər 10 km məsafəni nəzarətdə saxlaya bilirdi. Məhz həmin yüksəkliyin hesabına 1994-cü ilin yanvar ayındakı hücumlarımızı bu zibillər (erməni kimi də oxuya bilərsiniz) dayandıra bilmişdilər. Bu günə qədər Cəbrayıl rayonunun yalnız Cocuq Mərcanlı kəndi bizdə idi. Mənə elə gəlir ki, artıq bu rus tulaları (erməni kimi də oxuya bilərsiniz) Mehdilini və Böyük Mərcanlını da tərk etməli olacaqlar. Böyük uğurdur. Mehdili Kəlbəcərdə həlak olan Həsən Həsənovun kəndidir. Onun da ruhu şad olsun! Orada çox şəhidlərimiz gedib. Yəqin bu gün ruhları sakitlik tapıb. Şəhidlərimizin qəbri nurlu olsun! Valideynlərinə səbr versin, Vətən şəhid qanı ilə suvarılır, Vətən olur! Hamımız döyüşə hazır olmalı, tarixi şansı əldən verməməliyik!\”
Ordumuzun ələ keçirdiyi
Xəritəyə baxsanız \”Lələ təpə\”nin nə qədər əhəmiyyətli bir yüksəklik olduğunu görəcəksiniz. Xəritədə qırmızı nöqtəylə yüksəklik, göy xətlə təxmini olaraq cəbhə xətti göstərilib. Ona görə də təkcə bu yüksəkliyin alınması ordumuzun böyük uğurudur. (moderator.az)
İnterpress.az