Bunun qarşısını almaq üçün Ermənistanın Azərbaycan və Türkiyə ilə olan hava sərhədləri təcili bağlanmalıdır. Kəlbəcər işğal edildikdən dərhal sonra Türkiyə Cümhuriyyəti dövləti bizim bu barədə verdiyimiz məlumatdan sonra Ermənistana terrorçuların gətirilməsinin qarşısını almaq üçün 1993-cü il aprel ayının 5-də Ermənistanla olan quru və hava sərhədlərini bağladı. Türkiyənin Ermənistanla quru sərhədləri bu gün də bağlıdır. Ancaq hava sərhədləri Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad edəcəyi ilə bağlı verdiyi vədlərə görə 2003-cü ildə açılmışdır. Terrorçuların Ermənistana gətirilməsinin qarşısını almaq və Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarını işğaldan azad etməyə məcbur etmək üçün Türkiyə və Azərbaycan Ermənistanla hava sərhəddini dərhal bağlamalıdırlar.
İxtiyar Şirin, sabiq baş prokuror
İnterpress.az