İlham Əliyev Yaponiya imperatoruna başsağlığı verdibackend

İlham Əliyev Yaponiya imperatoruna başsağlığı verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Başsağlığında deyilir: \”Ölkənizdə baş vermiş zəlzələlər nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yaponiya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm\”.
Qeyd edək ki, Yaponiyanın Kusyu adasındakı Kumamoto prefektliyində baş verən zəlzələdə ölənlərin sayı 34-ə çatıb.

Bölgədən ümumulikdə 200 min insan evakuasiya olunub.

Aprelin 14-də Kumamoto prefektliyində baş verən zəlzələ zamanı 6,5 və 7,3 bal gücündə ardıcıl təkanlar qeydə alınıb.
Yaponiyanın Fukuoka şəhərinin küçələri zəlzələdən sonra qəribə möhkəm köpüklə örtülüb. Sosial şəbəkə istifadəçilərinin paylaşdığı fotolarda bu aydın grünür.

Bəzi istifadəçilər iddia edirlər ki, küçələrdə köpüyün əmələ gəlməsi yeraltı borunun partlamasının nəticəsidir. Amma hələ ki bu məlumat rəsmi təsdiqini tapmayıb.

İlham Əliyev Yaponiya imperatoruna başsağlığı verdi

İlham Əliyev Yaponiya imperatoruna başsağlığı verdi

İnterpress.az