Mikail Cabbarov: “Yaxşı müəllim pis müəllimdən daha çox almalıdır”backend

Mikail Cabbarov: “Yaxşı müəllim pis müəllimdən daha çox almalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pedaqoji təhsili istedadlı, bilikli abituriyentlərin almağa çalışması mühümdür.
Müəllimlik peşəsinin müasir əmək bazarında rəqabətqabiliyyətli olması üçün isə cəmiyyət bu peşənin cəlbediciliyini o, cemlədən də maddi nöqteyi nəzərdən cəlbediciliyini qoruyub saxlamalıdır.
Bu barədə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov məşhur bloger Vyaçeslav Sapunova verdiyi müsahibəsində bildirib.
Təhsil naziri qeyd edib ki, bu gün görülən tədbirlər müəllim peşəsinin nüfuzunun bərpasına istiqamətlənib.
Onun sözlərinə görə, zəngin təbii resursları olan Azərabaycanın və digər ölkələrin qarşılaşdığı makroiqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan respublikasının prezidenti siyasi iradə nümayiş etdirib və təhsil sistemində ki islahatlar dayandırılmayıb, davam edir.
“Tədris yükünün artırlımasından, , iki qat maaş artımı ilə müşaiyət edilən müəllim-şagird nisbətinin 1/12 çatdırmaqdan gedir. İkinci mərhələdə məvacib differensiasiysı prinsipini tətbiq edəcəyik.
Yəni sadə dillə desək, yaxşı müəllim pis müəllimdən çox almalıdır”.
Cabbarov qeyd edib ki, belə qiymətləndirmənin meyarları üzərində ekspertlər işləyir.
“Peşəkar mühitdə geniş müzakirə ediləcək mexanizm olacaq.
Bu heç kimi qorxutmamalıdır.
Bu qəbildən olan sistemlər müxtəlif ölkəlrədə işləyir.
Bu sistemlər eyniləşdirməyə deyil, yaxşıların mükafatlandırılmasına əsaslanır. Onların şagirdlərinin, onların çalışdıqları məktəbin ümumi nailiyyətləri nəzərə alınacaq”, – nazir bəyan edib.

İnterpress.az