Bu sözləri mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov səsləndirib:
\”İndi mən də xəbəri eşitdim ki, guya həbs olunmuşam. Gördüyünüz kimi telefonuma özüm cavab verirəmsə, deməli hər şey qaydasındadır\”.
İlhamə Quliyevanın oğlu Orxan Nadirovun hüquqi nümayəndəsi Habil Vəliyev isə ölkə.az-a açıqlamasında O.Nadirovun hazırda evində olduğunu qeyd edib:
\”Orxan hazırda evindədir, öz işləri ilə məşğuldur, mən də onun hüquqi nümayəndəsiyəm. Orxan niyə həbs olunmalıdır ki? Tamamilə əsassız məlumatdır\”.
Qeyd edək ki, bu gün KİV-də Orxan Nadirovun həbs olunduğu haqda xəbərlər yayılıb. (olke.az)
İnterpress.az