Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, aprelin 24-də gecə rayonun Talalar kənd sakini, 1981-ci il təvəllüdlü Kamran Siracəddin oğlu Lətifov sol alt çənənin, boyunun ön hissəsinin və sağ sifətin kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olub. K. Ətifovun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Balakən rayon Polis Şöbəsindən bildirilib ki, hadisəni K. Lətifovun həmkəndlisi, 1964-cü il təvəllüdlü Şahid Bəşir oğlu Əliyevin törətdiyi ehtimal olunur.
Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.(apa)
İnterpress.az